Ceyhun Bayramov ispan nazirlə memorandum imzaladı

Ceyhun Bayramov ispan nazirlə memorandum imzaladı

Azərbaycanın ADA Universiteti ilə İspaniyanın Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin Diplomatik Məktəbi arasında anlaşma memorandumu imzalanıb.

Aktual.az xəbər verir ki, bu barədə Azərbaycan XİN tviter hesabında məlumat yayıb.

Sənədi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ispaniyalı həmkarı Xose Manuel Albaros imzalayıblar.

Bildirilib ki, memorandum təhsil və bilik mübadiləsi sahəsində təkan verəcək.

Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İspaniyanın paytaxtı Madriddə səfərdədir. Nazir səfər çərçivəsində ispaniyalı həmkarı ilə görüşüb.
Xəbər 392 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR