Ceyhun Bayramov iranlı həmkarı ilə görüşdü

Ceyhun Bayramov iranlı həmkarı ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir-Abdullahianla Nyu-Yorkda görüşüb.
 
Aktual.az xəbər verir ki, bu barədə Ceyhun Bayramov "Twitter" hesabında bildirib.
 
"Biz ikitərəfli əlaqələrdə və regionda son vəziyyəti müzakirə etdik. Mən həmkarıma Ermənistanın son təxribatları barədə məlumat verdim", - XİN başçısı qeyd edib.


Xəbər 262 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR