Ceyhun Bayramov: Ermənistan üçtərəfli bəyanatın Laçın dəhlizi ilə bağlı maddəsini pozur

Ceyhun Bayramov: Ermənistan üçtərəfli bəyanatın Laçın dəhlizi ilə bağlı maddəsini pozur

"İndiyədək Laçında 1400-dən artıq mina aşkarlanıb, gələcəkdə bunların sayı nə qədər olacaq bilinmir. Bu, beynəlxalq hüquq və prinsiplərin, üçtərəfli bəyanatın aşkar pozuntusudur”.
Aktual.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
Ceyhun Bayramov Ermənistanın üçtərəfli bəyanatın Laçın dəhlizi ilə bağlı maddəsini pozduğunu vurğulayıb: "Minaların bu ərazilərə gətirilməsi təxribatın davam etdirilməsi deməkdir. Bu həmdə Laçın dəhlizindən başqa məqsədlər üçün istifadə olunduğu deməkdir. Bilirsiniz ki, Laçın dəhlizi yalnız üç istiqamətdə - vətəndaşlar, nəqliyyat və yüklərin daşınması üçün mülki məqsədlərlə istifadə oluna bilər. Ermənistanın bu hərəkəti həm də üçtərəfli bəyanatın həmin maddəsini aşkar pozması deməkdir”.


Xəbər 481 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR