Cari ilin dekabr ayının 12-də Brüsseldə Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşü keçiriləcək.
Bu barədə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Cozep Borel bildirib.
Avropa İttifaqının ali nümayəndəsinin sədrliyi ilə keçiriləcək sessiyada beş Şərq Tərəfdaşlığının (Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) xarici işlər nazirləri iştirak edəcək.
İclasda Şərq Tərəfdaşlığının gələcəyi ilə bağlı məsələlər, eləcə də Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda təhlükəsizlik çağırışları və onların bütün region üçün nəticələri müzakirə olunacaq.
İştirakçılar iqtisadi və investisiya proqramlarını da müzakirə edəcəklər.
Xəbər 389 dəfə oxunub.