Ceyhun Bayramov: “Azərbaycan tərəfindən Laçın yolunun bağlanması barədə iddialar əsassızdır”

Ceyhun Bayramov: “Azərbaycan tərəfindən Laçın yolunun bağlanması barədə iddialar əsassızdır”

"Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyət, o cümlədən təbii sərvətlərin istismarına və Laçın yolundan sui-istifadəyə qarşı etirazlar Azərbaycan vətəndaşlarının legitim hüququdur. Bu xüsusda, etirazçıların haqlı tələblərinin yerinə yetirilməsi zəruridir”.

Bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı zamanı söyləyib.
Nazir Ceyhun Bayramov qeyd edib ki, guya Azərbaycan tərəfindən Laçın yolunun bağlanması, Azərbaycan ərazilərində yaşayan erməni sakinlərin blokadaya alınması, humanitar böhran vəziyyətinin yaranması barədə iddialar əsassızdır.
"Laçın yolundan hər gün onlarla nəqliyyat vasitəsinin, sülhməramlı kontingentin avtomobillərinin, Beynəlxalq Qızıl Xaç Komitəsinin, erməni təcili tibbi yardım maşınlarının keçməsi Ermənistan tərəfinin əsassız iddialarını təkzib edir”, - deyə nazir vurğulayıb.

Xəbər 187 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR