Ceyhan limanından satılan neftin həcmi azaldı

Ceyhan limanından satılan neftin həcmi azaldı

SOCAR məlumat yaydı.

2015-ci ilin oktyabr ayı ərzində 2 milyon 285 min 420 ton Azərbaycan nefti (Bu həcmin 1 milyon 440 min 540 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib) Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 8% azdır. 

 Aktual.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Neft Şirkətindən (SOCAR)  bildirilib. 

SOCAR-dan qeyd edilib ki, cari ilin yanvar-oktyabr ayları ərzində limandan ixrac olunmuş neftin həcmi 23 milyon 967 min 398 ton təşkil edib. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2% azdır. 

Qeyd edək ki, ümumiyyətlə, BTC istismara verilən gündən 2015-ci il noyabr ayının 1-ə qədər Ceyhan limanından 285 milyon 906 min 488 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Xəbər 562 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR