Bu ilin may ayı ərzində 2 mln. 236 min 93 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarına çıxarılıb.
Aktual.az SOCAR-a istinadən xəbər verir ki, bu həcmin 1 mln. 322 min 980 tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib.
Cari ilin yanvar-may aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 10 mln. 275 min 528 ton təşkil edib.
BTC istismara verilən gündən 2017-ci il iyun ayının 1-dək Ceyhan limanından 330 110 127 ton Azərbaycan nefti dünya bazarına yola salınıb.
Aktual.az Xəbər 379 dəfə oxunub.