"Cətinliklər odur ki, əhalinin əksəriyyətinin torpaq sahəsi çoxdur"


Azərbaycanda təxminən 1 milyon 350 min hektar suvarılan sahənin 40 min hektara yaxın sahəsində şoranlaşmış torpaq var.


Aktual.az Trend-ə istinadən bildirir ki, bunu Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Rafiq Aslanov bu gün jurnalistlərə deyib.

Sədr müavini qeyd edib ki, həmin torpaqlarda da qismən şoranlaşma var, ona görə də onlarda qismən əkin aparmaq mümkündür.

R.Abbasovun sözlərinə görə, hazırda Azərbaycanda suvarılan sahələrdə elə bir torpaq sahəsi yoxdur ki, orada tam şoranlaşma olsun və orada əkin işləri aparmaq mümkün olmasın.

Sədr müavini əlavə edib ki, ötən illə müqayisədə bu il anbarlarda su xeyli yuxarı olub: "Buna görə də bu il suvarma ilə bağlı problemin olacağı gözlənilmir".

Suvarma işinin təşklili üçün bütün lazımi tədbirlərin həyata keçirildiyini deyən R.Abbasov bildirib ki, bu il ötən illə müqayisədə 2,5 dəfə çox pambıq sahələri əkiləcək: "Bunların da əksəriyyəti artıq yerlərdə əkilib. Bizim nümayəndələr hər həftə yerlərdə olur, heç bir problem yoxdur. Pambıq sahələrinin suvarılmasında da bizim tərəfimizdən hər hansı problemin olacağı gözlənilmir. Suvarma ilə bağlı müəyyən çətinliklər olur. Cətinliklər odur ki, özəlləşdirmədən sonra əhalinin əksəriyyətinin torpağının sahəsi 2 hektardan 5 hektaradəkdir. Bir suvarma şəbəkəsi üzərində bir neçə əkin əkilir, suya isə müxtəlif vaxtlarda müxtəlif qədər tələbat olur. Bu da torpaq sahibləri arasında müəyyən narazılıqların yaranmasına gətirib çıxarır".

Xəbər 539 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR