"Gənclərin İnkişafına Dəstək” İctimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AzGF) dəstəyi ilə 9-cu qrant müsabiqəsi çərçivəsində A kateqoriyası üzrə "Cənublu gənclərin peşə və sahibkarlıq bacarıqlarının artırılması” adlı layihəsinin reallaşdırmışdır.
Layihə çərçivəsində dekabr ayının 5-dən 10-na qədər Lənkəran, Masallı, Astara, Yardımlı, Cəlilabad və Lerik rayonlarında gənclərə peşə və ixtisas bacarıqlarının artırılması, onlara peşə biliklərinin aşılanması, innovativ düşüncənin, peşəkarlığın, biznes yönümlü düşüncənin, təşəbbüskarlığın artırılması məqsədilə maarifləndirici təlim proqramları keçirmişdir.
Layihənin başlıca məqsədi region gənclərinin məşğulluğu, iş mühitinə, peşə bacarıqlarının inkişaf etdirilməsinə, biznesə, sahibkarlığa, xüsusilə də kənd təsərrüfatı sahibkarlığına cəlb etməklə iqtisadiyyatımızın inkişafına dəstək olmaq, həmçinin sahibkarlığa iddialı gənclərə innovativ düşünmə bacarıqlarını artırılmasına yardımçı olmaqdır.
Bununla bərabər layihə ali və orta ixtisas təhsilli region gəncləri arasında əlaqələri gücləndirmək və onların sahibkarlıq və biznes mühitə maraqlarını artırmaq və məşğulluğunu stimullaşdırmaq baxımdan iştirakçıların özləri tərəfindən müsbət qiymətləndirilmişdir. Həmçinin müxtəlif mövzular üzrə praktiki biliklər əldə edən gənclər müvafiq sahələr üzrə öz gələcək biznes planlarını müzakirə etmişlər.
Təlim proqramlarında müstəqil təlimçi Nihad Mahmudlu tərəfindən gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi və sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, biznes etikası və mədəniyyəti, kənd və fermer təsərrüfatı ilə bağlı biznes plan, biznesin təsviri və təşkil edilməsi mövzusunda təqdimatlar keçirilmişdir.
Təlim proqramının sonunda iştirakçılara sertifikatlar tədqim olunmuşdur.
Aktual.az
Xəbər 381 dəfə oxunub.