Qərbin təsirini artırmaq cəhdləri nəticəsində Cənubi Qafqazda çətin vəziyyət qalmaqdadır.
Aktual.az xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Birləşmiş Qərargah rəisi Andrey Serdyukov deyib.
"Əsasən həll edilməmiş ərazi məsələləri və Qərbin Cənubi Qafqazda öz təsirini artırmaq istəyi ilə bağlı ziddiyyətlərin yüksək səviyyədə olması xüsusi narahatlıq doğurur”, - Serdyukov bildirib.
Onun sözlərinə görə, beynəlxalq terrorizm, ekstremizm, silahların, narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni yayılması ilə əlaqəli olan Mərkəzi Asiya regionunda da risklər və təhdidlər aktuallığını saxlamaqda davam edir:
"Yaxın gələcəkdə dünyada geosiyasi vəziyyət qeyri-sabit qalmaqda davam edəcək. Qərbin öz hökmranlığını qoruyub saxlamaq və bu məqsədlə dünyada yeni eskalasiya mərkəzləri yaratmaq cəhdləri mürəkkəb təxribatçı xarakter daşıyacaq”.
Xəbər 173 dəfə oxunub.