Cənubi Koreya Xarici İşlər Nazirliyi Rusiyanın Seuldakı səfiri Georgi Zinovyevi KXDR hərbçilərinin Rusiyada olması ilə bağlı yayılan məlumatla əlaqədar quruma çağırıb.
Aktual.az xəbər verir ki, bu barədə Cənubi Koreya XİN məlumat yayıb.
"Bu mövzuda qəti mövqe tutur, KXDR qoşunlarının dərhal çıxarılmasını tələb edir və bununla bağlı əməkdaşlığa son qoymağa çağırırıq”, - məlumatda deyilir.
Nazirlik mövcud vəziyyəti beynəlxalq ictimaiyyət üçün təhdid adlandırıb, Təhlükəsizlik Şurasının və BMT Nizamnaməsinin bir sıra qətnamələrinin pozulduğunu qeyd edib.
Xatırladaq ki, oktyabrın 18-də Cənubi Koreya Prezidenti Yun Sok Yol Şimali Koreya qoşunlarının Rusiyaya göndərilməsini müzakirə etmək üçün təcili təhlükəsizlik iclası keçirmişdi.
Xəbər 166 dəfə oxunub.