İran telekanalında Azərbaycan türklərinin təhqir olunmasına etirazlar bu gün də davam edib.
Aktual.az-ın azadlıq.info-ya istinadən məlumatına görə, bu gün də küçələr, universitetlərlə yanaşı, idman meydanlarında da etirazlar təşkil edilib. Voleybol oyununda bir araya gələn 6 min fəal, oyunun gedişi zamanı şüarlar səsləndirib, günhkarların cəzalandırılmasını tələb ediblər.
Oyundan sonra Urmu şəhər mərkəzinə yürüş edən fəallarla polis arasında toqquşma da baş verib. Polis etirazçılara qarşı rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə edib. Buna baxmayaraq etirazlar davam edir.
Aktual.az