"Gremio"nun braziliyalı hücumçusu Luan "El Pais" nəşrinin keçirdiyi sorğuda 2017-ci ildə Cənubi Amerikanın ən yaxşı futbolçusu seçilib.
Aktual.az goal.az-a istinadən xəbər verir ki, səsvermədə 386 idman jurnalisti iştirak edib. Luan səslərin 49.46%-ni toplamaqla birinci olub. 24 yaşlı forvard Xose Paolo Qerreyro ("Flamengo", 17.66%) və Arturu ("Gremio", 12.5%) qabaqlayıb. Braziliyalı futbolçu Portu-Alleqri klubunun heyətində Libertadores Kubokunun qalibi və Klublararası Dünya çempionatının finalçısı olub.
Cənubi Amerikada "İlin məşqçisi" mükafatı Braziliya millisinin çalışdırıcısı Titeyə (30.43%) təqdim olunub. Sonrakı yerləri Rikardo Qareka (Peru millisi, 25.27%) və Ariel Olan ("İndependiente", 14.40%) tutub.
Aktual.az
Xəbər 470 dəfə oxunub.