Xırdalanda fəhlə faciəli şəkildə ölüb.
Aktual.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə martın 6-da Xırdalan şəhərində yerləşən “Euroscon” ASC-nin emalatxanasında qeydə alınıb.
Orada işləyən Mail Qasımovun üstünə çuqundan olan qəlib düşüb və o, aldığı xəsarətdən hadisə yerində ölüb.