Cəlilabadda fərdi yaşayış evi yanıb.
Aktual.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Cəlilabad rayonu, Seyidbazar kəndində vətəndaşa məxsus ümumi sahəsi 240 m2 olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları 216 m2 sahədə yanıb.
Evin bir otağı və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 22:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğının baş vermə səbəbləri hələ ki, məlum deyil.
Hadisə zamanı xəsarət alan olmasa da, evdə olan əşyaların əksəriyyəti yanaraq yarasız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.
Aktual.az
Xəbər 501 dəfə oxunub.