Cəlilabad rayonunda sürüşmə sahələrində yenidən aktivləşmə müşahidə olunur.
Aktual.az-ın Apa-ya istinadən verdiyi məlumata görə, daha çox aktivlik Zəhmətabad kəndində qeydə alınıb, böyük torpaq laylarının dərəyə sürüşməsi nəticəsində çökəklik yaranıb.
Yüksək ərazidə vəziyyətin daha da təhlükəli olduğu bildirilir.
Sürüşmə nəticəsində Cəlilabad-Yardımlı avtomobil yolunda hərəkət üçün çətinliklər yaranıb.
Yolda avtomobillərin hərəkətində problem yaranmaması üçün tədbirlər görülür.
Xəbər 399 dəfə oxunub.