Cəlilabad rayonunda narkotik maddə qəbul edən 46 yaşlı kişi ölüb
"Report"un Muğan bürosunun məlumatına görə, Cəlilabad şəhərinin İ.Şıxlı küçəsindəki yarımtikilinin kənarında kişi meyiti aşkar edilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə yerləşdirilib.
Məlum olub ki, 1973-cü il təvəllüdlü Mehman Zeynalov yarımtikilidə yüksək dozalı narkotik maddə qəbul etməsi nəticəsində ölüb. Onun meyiti bir gündən sonra aşkarlanıb.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.
Xəbər 472 dəfə oxunub.