Cəlilabad rayonunda mebel fabriklərində kütləvi zəhərlənmə olub.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonda yerləşən "Woodpecker" mebel fabrikində qeydə alınıb.
İlkin məlumata görə, zəhərlənmə əşyaların düzəldilməsi üçün istifadə olunan xüsusi kleylərdən baş verib. Hadisə nəticəsində 5 nəfər xəstəxanaya çatdırılıb.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.