Cəlilabad rayonunda kütləvi zəhərlənmə olub.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə marketlərdən birində qeydə alınıb.
Belə ki, 14 nəfər zəhərlənmə əlamətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan bir neçəsi Reanimasiya şöbəsinə yerləşdirilib.
Zəhərlənmənin yuyucu vasitələrdən baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.