Cəlilabad təhsilindəki müdhiş olayla bağlı Mikayıl Cabbarova - Açıq məktub

Cəlilabad təhsilindəki müdhiş olayla bağlı Mikayıl Cabbarova   - Açıq məktub

Cəlilabad rayonu Göytəpə şəhəri 1 saylı tam orta məktəbin  müəllimi Hüseynova Süsən Rüstəm qızı Azərbaycan Respublikasının Təhsil Naziri  Mikayıl Cabbarova açıq məktub göndərib. 

Bir surəti Aktual.az Moderator.az-a istinadən göndərilən məktubu oxuculara təqdim edir:


"Hörmətli Cənab Nazir, mən Hüseynova Süsən Rüstəm qızı 1965-ci ildə Naxçıvan MR -da ziyalı ailəsində doğulmuşam. Hərbçi ailəsiyəm. Cəlilabad rayonu, Göytəpə şəhəri 1 saylı tam orta məktəbdə 8 ildir müəllimə işləyirəm. Məktəbimizə direktor Reyhan Cəfərova təyin edildikdən sonra təhsil ocağı sözun əsl mənasında bazara çevrilib. Çoxsaylı şikayətlərin olmasına baxmayaraq rayon rəhbərliyinin himayəsində olan direktor qanunsuzluqlarına davam etməkdədir. Hətta bu yaxınlarda məktəbimizdə səthi  yoxlama aparan maliyyə işçiləri 300 000 manatlıq yeyinti faktı aşkarlamışdılar. Maliyyə işçiləri ilə 30 000 manata razılaşan Reyhan Cəfərova bu yükü müəllimlərin üzərinə atıb və hər ay onlardan 50 manat pul alacağını söyləyib. Artıq bir neçə müəllim direktor tərəfindən məcbur edilib ki, Beynəlxalq Bankdan kredit götürüb direktora versin. Heç kimə sirr deyil ki, Cəlilabad rayon təhsilində maliyyə pozuntusunu edən şəxslər keçmiş RTŞ müdiri Vidadi Dövlətov  və baş mühasb  vəzifəsini qeyri-rəsmi icra edən Rəşad Salmanovdur. İndi bunların ödəməli olduqları pulu müəllimlərin ayağına yazırlar. Halbuki, bu yeyintilər  barədə qəzet və saytlarda açıq məktublarla Təhsil Nazirliyinə müraciət olunmuşdu.       

Hörmətli Cənab Nazir,  Cənab Prezidentimiz möhtərəm  İham Əliyev  işində yol verdiyi qüsura görə dövlətin Milli  Təhlükəsizlik nazirinə belə güzəşt etmədiyi halda niyə rayonlarda  adi məktəb direktorlarını işdən uzaqlaşdıra bilmirsiniz? Nə vaxta qədər  şikayətləri bir- iki yaltaq müəllimin ərizəsi ilə bağlayacaqlar?

Cəlilabad rayonunda  maliyyə pozuntularına görə müəllimlər sentyabrdan bu yana hələ də maaş ala bilmirlər, axı bizim də ailəmiz var. Dükanlardan nisiyə mal almaqdan yorulmuşuq. 

Sizdən xahiş edirəm ki , bizim problemlərimizə ögey münasibət bəsləmədən baxın, bizim nazirimiz olun. Şikayətləri prosedur qaydalarına uyğun bağlatdıranlara yol verməyin. Bizim sizə müraciətimiz çox da asan başa gəlmir. Buna görə təhdid olunuruq. İnanırıq ki, bu dəfə  heç olmasa bizim yanımızda olacaqsınız".

Aktual.az

Xəbər 2260 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR