Cəlilabad rayon sakini özünü güllələyərək öldürüb.
"Report"un yerli bürosunun məlumatına görə, hisə rayonun Adnalı kəndi ərazisində baş verib.
Belə ki, həmin kəndin sakini, 1987-ci il təvəllüdlü Fərid Baba oğlu Quliyev özünü güllələyərək öldürüb.
Məlumata görə, hadisə ov zamanı baş verib. F.Quliyev çöl donuzu ovlayarkən ehtiyyatsızlıqdan özünü güllələyib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Aktual.az
Xəbər 385 dəfə oxunub.