Cəlilabad rayon sakini günvurmadan ölüb.
"Report”un Muğan bürosunun məlumatına görə, rayon sakini, 1979-cu il təvəllüdlü Nəcəfov Anar həyətində iş görən zaman huşunu itirərək yıxılıb.
O, dərhal yaxınları tərəfindən xəstəxanaya çatdırılıb. Xəstəxanada A.Nəcəfovun günvurmadan öldüyü məlum olub.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, artıq 2 gündür Cəlilabad rayonunda digər günlərə nisbətən daha isti hava şəraiti müşahidə olunur.
Xəbər 428 dəfə oxunub.