Cəlilabad rayonunda döyülərək öldürülən şəxsin kimliyi məlum olub.
"Report"un Muğan bürosunun məlumatına görə, bu, 1991-ci il təvəllüdlü Mirzəyev Rəcəb Vidadi oğludur.
Məlumata görə, R.Mirzəyev ötən gün axşam saatlarında Cəlilabad şəhəri ərazisində naməlum şəxs və ya şəxslər tərəfindən küt alətlə döyülüb. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
Cəlilabad rayon sakini döyülərək öldürülüb.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə axşam saatlarında şəhər ərazisində qeydə alınıb.
İlkin məlumata görə, rayon sakini bir və ya bir neçə şəxs tərəfindən küt alətlə döyülüb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hazırda hadisənin təfərrüatları və ölənin şəxsiyyəti dəqiqləşdirilir.