Cəlil Polat TÜSİAB rəhbəri seçildi

Cəlil Polat TÜSİAB rəhbəri seçildi

TÜSİAB 21.Dönəm İdarə Heyəti sədri Cəlil Polat seçildi və Cənab Prezident İlham Əliyevin iqtisadi islahatlarına dəstək və sadiqliq sözü verildi.


14 May 2016-cı il tarixində Azərbaycan Türk Sənayeçi və İş adamları Beynəlxalq Cəmiyyətinin (TÜSİAB) üzvləri 21-ci Ümumi Yığncağını keçirmək üçün “Hilton Baku” otelində də bir araya gəldilər.


Ümumi Yığıncaq, tədbirin başlanğıcında Türk Dünyasının Ulu Öndərləri Heydər Əliyev və Mustafa Kamal Atatürkü rəhmətlə anaraq bütün şəhidlərimizi bir dəqiqəlik sükutla yad etdi və dövlət himnlərinin səsləndirilməsi ilə başladı. Divan sədri qarşıdan gələn 28 May - Respublika günü münasibətilə Azərbaycan xalqını təbrik edərək çıxış üçün ilk sözü Azərbaycan Dövlət İqtisad Üniversitetinin rektoru Ədalət Muradova verdi. Rektor Ədalət Muradov, öz çıxışında tədbir iştirakçılarını salamlayaraq TÜSİAB-ın geniş fəaliyyəti ilə daim yaxından tanış olduğunu və uğurlarından bəhs edərək əməkdaşlığımızın artaraq davam edəcəyini bildirərək yeni seçiləcək İdarə Heyətinə müvəffəqiyyətlər arzuladı.


Daha sonra kürsüyə çıxan Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov çıxış üçün kürsüyə dəvət olundu və öz çıxışında "TÜSİAB ölkəmizdə qurulan ilk sahibkar təşkilatlardan biri kimi geniş fəaliyyət gösdərmişdir və Azərbaycan -Türkiyə iqtisadi əməkdaşlığının inkişafına öz töhfəsini layiqincə vermişdir”.


20. Dönəm İdarə Heyəti sədri olaraq kürsüyə dəvət edilən Yavuz Keleş, Türk Dünyasının Ulu Öndərləri Heydər Əliyev və Mustafa Kamal Atatürkü həmçinin vətənin azadlığı və bütövlüyü uğrunda bütün şəhidlərmizi rəhmətlə anaraq başladığı çıxışında Azərbaycanla Türkiyənin strateji müttəfiqliyinin möhkəm təməllər üzərində qurulduğunu söyləyərək TÜSİAB cəmiyyətinin bir iş adamları cəmiyyəti olaraq bu müttəfiqliyə daim sadiq qaldığını və öz töhfəsini verdiyini xüsusilə qeyd etdi. Daha sonra çıxışını davam edən Keleş, Cənab Prezident İlham Əliyevin başlatdığı iqtisadi islahatların Azərbaycan iqtisadiyyatını daha da inkişaf etdirəcəyinə əminliyini qeyd edərək Türkiyəli iş adamlarının bu qərara daim dəstək olacaqlarını xüsusilə vurğuladı. “Əminəm ki, seçəcəyimiz 21-ci Dönəm TÜSİAB İdarə heyəti daha da təsirli və faydalı olmağa, aldığı bayrağı daha irəli aparmağa qərarlı və bunu edəcək gücdə olacaq. Bu şüurla rəhbərliyə yenidən namizəd olan sevimli qardaşım Cəlil Polat bəyi və seçiləcək yeni idarə heyətini indidən təbrik edir və bu müqəddəs vəzifədə hər daim yanlarında olacağımı vurğulayıram” dedi.


Daha sonra TÜSİAB üzvlərinin iştirakı ilə keçirilən səsvermənin nəticələrinə əsasən Polat Yol Yapı Sənaye Ticarət A.Ş.-dən üzvümüz Cəlil Polat İdarə Heyətinin sədri və 15 nəfər isə idarə heyətinin üzvü seçildilər. Eyni zamanda qurumun Nəzarət-Təftiş və İntizam Komissiyalarının üzvləri də səsvermə ilə müəyyənləşdirildi.


Yığıncağın sonunda Divan Heyəti və TÜSİAB üzvləri İdarə Heyətinin sədri Cəlil Polatı sədr seçilməsi münasibətilə təbrik etdilər.


İdarə Heyətinin sədri Cəlil Polat da öz növbəsində seçilən yeni İdarə Heyəti ilə birlikdə TÜSİAB fəaliyyətlərinə qaldığı yerdən davam edəcəklərini və Azərbaycan -Türkiyə iqtisadi əməkdaşlığının daha da inkişafı üçün əlindən gələni əsirgəməyəcəklərini, cənab İlham Əliyevin başlatdığı iqtisadi islahatların qardaş ölkə Azərbaycanı dünya iqtisadi sistemində layiqli yerə çatdıracağını əminliklə qeyd edərək bu işə daim dəstək olacaqlarını söylədi.
Sonda sədr, bütün üzvlərə, Divan Heyətinə və əməyi keçən hər kəsə təşəkkürünü bildirdi.

Xəbər 720 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR