Cəhənnəmi görüb qayıdan şahiddən türkürpədici SÖZLƏR - FOTOLAR

Cəhənnəmi görüb qayıdan şahiddən türkürpədici SÖZLƏR - FOTOLAR

Ötən həftə Suriyada Bəşər Əsəd rejiminin kimyəvi silahdan istifadə etdiyi və 100-dən çox dinc insanın öldüyü Xan Şeyxun şəhəri xarabalığa çevrilib.

 

 

Publika.az xəbər verir ki, Türkiyənin "Yeni Şəfəq” qəzeti sözügedən şəhərdən fotoreportaj hazırlayıb.

Reportajda qeyd olunur ki, hazırda sözügedən şəhər xarabalığı xatırladır və Xan Şeyxunda heç bir canlı gözə dəymir:

"Zəhərli qaz torpağa hopduğu üçün ərazidə həşəratlar belə məhv olub. Əsəd ordusuna məxsus döyüş təyyarələri Xan Şeyxuna kimyəvi bombalar atandan sonra insanlar bu şəhəri tərk edib. Çoxu isə yolda keçinib”.

Xan Şeyxun sakini olan Ziyad Pelevi dinc insanlara qarşı kimyəvi silahlardan istifadə edildiyi anı belə xatırlayır:

"Əsədin döyüş təyyarələri şəhərə səhər saat 06:40 radələrində qəfil hücum etdilər. Başımızın üzərinə bomba yağırdı, ətrafımızda bombalar partlayırdı, heç kəs oradan sağ çıxacağını düşünmürdü. Partlayışdan sonra isə bildik ki, Əsəd ordusu kimyəvi silahlardan istifadə edib. Çünki partlayışdan sonra sağ qalan insanlar dağıntılar altında qalan və bombardman nəticəsində yaralanan adamlara kömək edirdilər. Gördüm ki, yardım edən insanlar da qəfil huşlarını itirib yerə yıxılırlar. Nəfəs ala bilmirdik. Biz nə baş verdiyini öyrənməyə çalışırdıq. Bir müddətdən sonra xəbərdarlıq edildi ki, Əsədin pilotları kimyəvi bombalardan istifadə ediblər. Biz də geri çəkildik, gözümüzün önündə yaralı olan insanları xilas edə bilmədik. Onların hamısı bir saatdan sonra nəfəs ala bilmədilər və həlak oldular. Sanki biz Əsədin yaratdığı cəhənnəmi görüb qayıtdıq”.

 

 
Aktual.az












Xəbər 7539 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR