Paytaxtda dəhşətli olay

Paytaxtda dəhşətli olay

Paytaxtın Nərimanov rayonunda iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, qəza rayonun Fətəli xan Xoyski prospektində qeydə alınıb.

 

Prospektlə yüksək sürətlə hərəkət edən "Hyundai" markalı minik avtomobilinin sürücüsü yolu keçmək istəyən bacı və qardaşı - 17 yaşlı Fariz Əhmədov və 22 yaşlı Aysel Əhmədovu vurub.

 

Avtomobil daha sonra əks istiqamətdən gələn KİA markalı nəqliyyat vasitəsinə çırpılıb.

 

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları gəlib.

 

Hadisə nəticəsində xəsarət alanlar xəstəxanaya çatdırılıblar.

 

Xəstəxanadan verilən məlumata görə, onların həyati təhlükəsi yoxdur.

 

Qəzanın başvermə səbəbi araşdırmalardan sonra məlum olacaq.

 

Qəza nəticəsində prospektdə müvəqqəti tıxac da yaranıb. Yararsız vəziyyətə düşmüş avtomobillər evakuatorlar vasitəsi ilə ərazidən uzaqlaşdırılıb. Bundan sonra avtomobillərin hərəkəti bərpa olunub.

 

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.


Xəbər 1060 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR