“Artıq telekanallarda maqazin verilişləri yoxdur, bizim rəqibimiz qalmayıb. Bu hal məni üzür. Çox istəyərdim ki, qonşu kanallarda güclü maqazin verilişləri yaransın, rəqabətə girək. Hazırda biz özümüz-özümüzlə rəqabətə girmişik. Bu da bizi yorur”.
Aktual.az xəbər verir ki, Bu sözləri axşam.az-a açıqlamasında ATV-nin aparıcısı Afaq Gəncəli deyib.
O, telekanallarda maqazin verilişlərinin olmamasından, meydanda tək qalmalarından şikayətlənib:
“Əvvəllər belə verilişlər çox idi. Biz də rəqabət aparırdıq. Gecə ilə hansısa tədbirdən materialı çatdırırdıq ki, ilk bizdə getsin. Çətin idi, amma edirdik və bu bizə ruh verirdi. İndi belə hallar qalmayıb. Yəqin ki, özünü bizdən güclü hesab edən yoxdur, ona görə də maqazin verilişi etmirlər. Mən onları rinqə dəvət edirəm, gəlsinlər rəqabətə girək”.
A.Gəncəli “ATV maqazin onlarla” verilişində gedən süjetlərə görə ifaçıların ondan küsdüyünü etiraf edib:
“Bazar günü veriliş efirə gedəndən sonra bilmirəm telefonu söndürüm, yoxsa səsini alıb qaçım. O qədər zəng edib, şikayət bildirirlər ki... İnciyənlər çox olur. Amma sonra onlara izah edirəm ki, küsməyin, bu olmalıdır. Elələri var ki, heç başa düşmür...”.
Aktual.az