Bu gün Topaz Premyer Liqasının 9-cu turunda "Qəbələ” "Sumqayıt”ın qonağı olacaq.
Aktual.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, "Qəbələ”nin eks-kapitanı, yeni azadlığa buraxılan Cavid Hüseynov da matçın iştirak ərizəsində yer alıb.
Futbolçu ilk "onbirlik”də olmasa da, sonradan oyuna çıxa bilər.
Qarşılaşma saat 16:00-da başlayacaq. Artıq futbolçular oyundan qabaq məşqə start veriblər. Cavid də birillik fasilədən sonra ilk dəfə komanda yoldaşları ilə yaşıl meydanlardadır.
Həmin kadrları təqdim edirik:
Aktual.az
Xəbər 599 dəfə oxunub.