Bakının tanınmış biznes mərkəzində ölüm hadisəsi baş verib.
Aktual.az xəbər verirki, Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə “Caspian Plaza”da qeydə alınıb.
Orada yerləşən şirkətlərdən birinin layihə rəhbəri, Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Urfan Zaman oğlu Səfərov iş yerində qəfildən dünyasını dəyişib.
Ölümün səbəblərini müəyyənləşdirməkdən ötrü tibbi ekspertiza təyin olunub.
Faktla bağlı araşdırma aparılır.