İranın Cənubi Afrika Respublikasının banklarında “dondurulmuş” 13 ton qızılı geri qaytarılıb. APA-nın “TASS”a istinadən verdiyi xəbər görə, bu barədə İran Mərkəzi Bankının baş direktoru Vəliyullah Seyf bildirib.
“Cənubi Afrikada iki il əvvəl əldə edilən və sonradan sanksiyalar səbəbindən saxlanılan 13 ton qızıl İrana qaytarılıb. Qızılın qaytarılması İran hökumətinin bir neçə ay davam etmiş gərgin iş nəticəsində mümkün olub”, deyə Mərkəzi Bankının baş direktoru Fars agentliyinə bildirib.
Aktual.az