CAR-da ildırım vurması nəticəsində 6 nəfər ölüb

CAR-da ildırım vurması nəticəsində 6 nəfər ölüb
  • DÜNYA

CAR-ın cənubunda yerləşən Şərqi Keyp əyalətində ildırım vurması nəticəsində altı nəfər ölüb, altı nəfər yaralanıb.

Aktual.az "Report"a istinadən xəbər verir ki, bu barədə bazar günü yerli SABC teleşirkəti məlumat yayıb.

Məlumata görə, hadisə dəfn mərasimindən yenicə qayıdan bir qrup şəxsin başına gəlib. Onlardan 4 nəfər hadisə yerində, iki nəfər isə xəstəxanada dünyasını dəyişib.

Daha 6 nəfərə tibbi yardım göstərilib, onlar xəstəxanadadırlar, vəziyyətləri stabil qiymətləndirilir.

Aktual.az

Xəbər 293 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR