AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı müəyyənləşib.
AFFA-dan
Aktual.az-a verilən məlumata görə, toplantı aprelin 13-də qurumun inzibati binasında keçiriləcək.
Saat 10:00-da başlayacaq iclasın gündəliyində duran əsas məsələ Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində keçirdiyi oyunlarla bağlı baş məşqçi Canni De Byazinin hesabatı olacaq.
Həmçinin digər məsələlər də müzakirəyə çıxarılacaq.
Xəbər 267 dəfə oxunub.