Paraqvayda radiostansiyalardan birinin ofisinə partlayıcı qurğunun atılması nəticəsində bir neçə nəfər xəsarət alıb.
Aktual.az Report-a istinadən bildirir ki, hadisə nəticəsində, xüsusilə canlı efirdə olan aparıcı və verilişin qonağı yaralanıblar. Hadisə Pedro-Xuan-Kabalyero şəhərində baş verib. Radiostansiyaya hücum edənlərin kimliyi hələ ki, məlum deyil.