Canavarlar Şəki sakininə hücum etdi

Canavarlar Şəki sakininə hücum etdi

Şəkidə 28 yaşlı kişiyə canavar hücum edib.

Aktual.az  xəbər verir ki, Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, aprelin 20-də saat 21.00 radələrində rayonun Qudula kənd sakini, 1989-cu il təvəllüdlü Bəhram Rəhman oğlu Seyidov döş qəfəsinin ön səthinin sıyrılmış xəsarəti ilə xəstəxanaya daxil olub. Ona yaşadığı kəndin yaxınlığında canavarın hücum edib. Bəhram Seyidova xəstəxanada lazımı tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra evə buraxılıb.

Bəhram Seyidovun APA-ya bildirib ki, dağlıq ərazidə ailəsinə məxsus qoyunları otararkən qəfildən 5 canavar sürüyə hücum edib. O, vəhşi heyvanları qovan zaman canavarlardan biri quzunu ağzına alaraq ərazidən qaçmaq istəyib. Canavar quzunu xilas edən Bəhram Seyidova xəsarət yetirib. 
 
Aktual.az
Xəbər 322 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR