Canavarlar Qubanın kəndlərinə hücum çəkdi

Canavarlar Qubanın kəndlərinə hücum çəkdi

Quba rayonunda canavarlar kəndlərə hücum edib.

Aktual.az report-a istinadən bildirir ki, rayonun Xaltan, Nütəh, Utuk kəndləri canavarların hücumuna məruz qalıb. Kəndlərə hücum edən canavarlar sakinlərin mal-qarasını parçalayıb.

Kənd sakinləri bildiriblər ki, bu hücumlar son bir həftədə mütəmadi hal alıb. Canavarlar təkcə rayonun Xaltan kəndində 8 baş keçi, 2 baş qoyun, bir baş iribuynuzlu mal-qaranı parçalayıblar. Digər kəndlərdə də hər gün 5-6 baş xırda və iribuynuzlu mal-qara vəhşi heyvanların hücumuna məruz qalır.

Xəbər 279 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR