Lerik rayonunda canavarlar kəndə hücum edib.
Aktual.az bildirir ki, yerli sakinlərin APA-ya verilən məlumata görə, hadisə ötən gecə rayonun "40-cı kilometr" deyilən yaşayış məntəqəsində qeydə alınıb. Kəndə soxulan yırtıcı heyvanlar İnqilab Şahbazova məxsus fərdi təsərrüfatdakı qoyunlardan 8-ni parçalayıb.
Kənd sakinlərinin sözlərinə görə, ərazidə əvvəllər də analoji hadisə baş verib.