“Eurovision” mahnı müsabiqəsinin builki qalibi, Krım tatar əsilli ukraynalı Camalaya Rusiya vətəndaşlığını qəbul etmək və Krıma köçmək təklif edilib.
Aktual.az Virtualaz.org-a istinadən xəbər verir ki, Camala bu təklifə rədd cavabı verərək əlavə edib ki, onun artıq başqa vətəndaşlığı var.
“Yox, sağ olun. Mənim vətəndaşlığım var və başqası lazım deyil”, - müğənni keçirdiyi mətbuat konfransında belə deyib.
Xatırladaq ki, Ukrayna prezidenti Pyotr Poroşenko Camalaya Ukraynanın xalq artisti fəxri adını verib.