"Eurovision-2016"nın qalibi Camalanın ifa etdiyi "1944" mahnısı ətrafında yeni qalmaqal meydana gəlib.
Aktual.az qafqazinfo-ya istinadən bildirir ki, Ukrayna təmsilçisini qalib edən mahnının əslində bir il əvvəl yazıldığı və ifa olunduğu məlum olub.
Bu barədə məşhur "Eurovision" xəbər saytı eschoney.com məlumat yayıb.
Müğənni 2015-ci ildə "Our Crimea" (Bizim Krım) festivalında iştirak edib, mahnını Ukrayna dilində ifa edib.
Xatırladaq ki, Avropa Yayım Birliyi (EBU) qaydalarına əsasən, təqdim olunacaq mahnı daha əvvəl yayımlanmamalı, ifa edilməməlidir.