“Caliber”: Türkiyədən sərt, Paşinyandan geri addım - VİDEO

“Caliber”: Türkiyədən sərt, Paşinyandan geri addım - VİDEO

Türkiyə çərşənbə günü öz hava məkanını Ermənistandan üçüncü ölkələrə çıxış üçün bağladı.
Bu qərar Azərbaycan və Osmanlı hakimiyyət üzvlərinə qarşı terror aktları həyata keçirmiş daşnak döyüşçülərinin şərəfinə İrəvanda ucaldılmış abidəyə cavab olaraq verildi.  
Bu barədə "Caliber” layihəsinin "YouTube” kanalında videosüjet təqdim edilib.
Cümə günü isə Ermənistan baş naziri Nikol Paşinyan bəyan etdi ki, həm abidənin ucaldılması ilə bağlı qərar, həm də bu qərarın reallaşdırılması doğru addım deyildi. Əlavə olaraq o qeyd etdi ki, bu qərar hakimiyyət tərəfindən qəbul edilməyib.
Bəs bunu sadəcə olaraq marginalların təxribatı kimi qiymətləndirmək olarmı?  
Xatırladaq ki, 25 aprel tarixində İrəvanın mərkəzində daşnakların şərəfinə ucaldılmış abidənin açılışı oldu. Bu daşnaklar isə "Nemezis əməliyyatı” adı ilə tanınan terror aktları seriyasında iştirakları ilə məşhurdurlar. Onlar 1920-ci illərin əvvəllərində Azərbaycan Demokratik Respublikası və Osmanlı imperiyasının hakimiyyət üzvlərini qətlə yetirirdilər.
Daha sonra Ankaranın sərt reaksiyası ilə qarşılaşan Paşinyan və onun komandası abidənin quraşdırılmasını özbaşınalıq kimi qələmə verdi.
Daha ətraflı videosüjetdə:


Xəbər 258 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR