PKK lideri baş verənlərin bütün günahının HDP-də olduğunu söyləyib.
PKK lideri Abdullah Öcalan kürd məsələsinin həlli layihəsini uğurla davam etdirməyi bacarmayan Xalqların Demokratik Partiyasının (HDP) liderləri ilə görüşdən imtina edib.
Anspress-in məlumatına görə, o, HDP təmsilçilərinə ismarış göndərərək, kefini soruşmaq üçün saxlandığı İmralı adasına yanına gəlməyə heç bir ehtiyacın olmadığını bildirib.
Türkiyə mətbuatı yazır ki, PKK lideri bununla da son günlərdə terror hücumlarını fəallaşdırmasının əsas günahını HDP-də görür. Fəallaşan terror Türkiyədə seperatçı terror təşkilatı PKK ilə hakimiyyət arasında barışıq danışıqlarını sona gətirib.
Abdulla Öcalan 4 aprel 1949-cu ildə Şanlıurfa ilinin Halfeti ilçəsinin Ömərli kəndində anadan olub. Diyarbəkir və Ankara universitetlərində ali idarəçilik təhsili alıb. 1978-ci ildə 19 nəfər ilə birlikdə Kürdüstan Fəhlə Partiyasını (PKK) yaradıb.
Hazırda İmralı adasında həbsdədir.
/ Aktual.az