Cahangir Hacıyevə 9 minlik cəza

Cahangir Hacıyevə   9 minlik cəza

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. 

AzVision.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İK Premyer Liqanın 35-ci turundakı bəzi qayda pozuntuları ilə bağlı qərarlar verib.

Azərbaycan Premyer Liqasının XXXV turunun “Sumqayıt” – “Xəzər Lənkəran” matçının 89-cu dəqiqəsində “Xəzər Lənkəran” klubunun futbolçusu Adrian Skarlatake ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının XXXV turunun “Bakı” – “Neftçi” matçında “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

“Bakı” – “Neftçi” matçında diktorun olmamasına görə “Bakı” klubuna ciddi xəbərdarlıq olunub. Bu hal yenidən təkrarlandığı halda kluba cəza veriləcək.

Azərbaycan Premyer Liqasının XXXV turunun AZAL – “Simurq” matçının 21-ci dəqiqəsində “Simurq” klubunun futbolçusu Amil Ağacanov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klub 4000 manat cərimə olunub. Oyunun 21-ci dəqiqəsində “Simurq” klubunun futbolçusu Amil Ağacanovun qırmızı vərəqə alaraq meydançanı tərk edərkən oyunun hakiminə qarşı fiziki təsir göstərməyə cəhd etdiyinə görə 5 oyun cəzalanıb, klub 5000 manat cərimə olunub.

Qeyd edək ki, “Simurq” futbol klubunun Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevə məxsus olduğu bildirilir.

Aktual.az

Xəbər 916 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR