Onu DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi saxlayıb
Beynəlxalq Bankın İdarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyev saxlanılıb.
Aktual.az APA-ya istinadən xəbər verir ki, faktı Daxili İşlər Nazirliyindən (DİN) təsdiqləyiblər.
Məlumata görə, C. Hacıyevi DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi saxlayıb.
Qeyd edək ki, bu barədə ilk xəbəri strateq.az saytı yayıb.