Cadu və bədnəzərlə bağlı ilk dəfə oxuyacağınız DƏHŞƏTLİ HƏQİQƏTLƏR - ELMİ ARAŞDIRMA

Cadu və bədnəzərlə bağlı ilk dəfə oxuyacağınız DƏHŞƏTLİ HƏQİQƏTLƏR - ELMİ ARAŞDIRMA

Şəxsi həyatınızı sahmana sala bilmirsiniz? İşdə problemləriniz bitib-tükənmək bilmir? Sağlamlığınız bilinməyən səbəblərdən pisləşir? Demək sizə cadu ediblər. Ümumiyyətlə, cadu haqda nələri bilirik? Sınanmış üsullardan biri odur ki, göz dəyməsin deyə körpə uşaqların alnına pomada ilə nöqtə qoyurlar. Bəs bu üsullar işə yarayırmı?


Publika.az bütün bu sualların cavabını araşdırıb.
Psixoloq rəyi
Psixologiya akademik elm sahəsidir. O, ektrasenslərin qeyri-adi bacarığını və və gözəgörünməz qüvvələri qəbul etmir.
Lakin bədnəzər və cadu ilə bağlı psixoloqlar da falçıların fikirinə şərik olurlar.
Məşhur psixoloq Yana Bulıgina düşünür ki, bu mənfi hallar insanın şüuruna da pis təsir göstərir.
Cadunun qurbanı olduğunu öyrənən şəxs psixoloqun qəbulunda nə söyləyir? Zəiflik, həyata sönük münasibət, daimi uğursuzluq onu təqib edir. Bəzən hətta pis xəbərlər olmasa belə, insan daxili boşluq hiss edir.
Müştərisinin bu cür narahatlıqlarını dinləyən mütəxəssis bir neçə diaqnoz qoya bilər. Bu depressiya, qəlb yarası, tamamlanmamış və uğursuzluqla bitən münasibətlər ola bilər. Bəs bu əlamətlər necə müayinə olunur? Onlar psixoloq köməyi ilə hadisələri dərk və qəbul edərək müalicə olunur.
Əslində diqqətlə düşünsək görərik ki, falçılar da bu məsələyə psixoloqlar kimi yanaşırlar. Öncə dinləyir sonra isə, problemin həllini tapmağa səy göstərirlər. Onlar bunu işə sehirli qüvvələri və öz üsullarını da daxil edirlər.
Bədnəzər cadunun daha yüngül və qısamüddətli növüdür. Bu zaman bir müddət əhval pisləşir, insan istəsə də, yorğunluq vücudunu və ruhunu tərk etmir.
Cadu isə daha ağır və mürəkkəb haldır. Ümumiyyətlə, istənilən halda insan münaqişələrdən yan gəzməlidir. O, bunu ilk növbədə öz sağlamlığı üçün etməlidir. Təbii ki, qəlbinizə toxunan şəxsin cavabını verin. Lakin bunu da təmkinlə edin, o şəxsi qəzəbləndirəcək şəkildə yox. Çünki hətta yaxınım deyə adlandırdığınız şəxsin nələrə qadir olduğunu bilmirsiniz. Sizə olan hiddətini hansı üsulla üzə çıxaracağından xəbərsizsiniz.
Nyutonun adı hər birimizə ən azı məktəb dərsliklərindən tanışdır. Lakin çoxumuz bilmirik ki, o, 1666-cı ildə güc sahəsinin konsepsiyasını kəşf edib, adını "aura” qoyub. XVII əsrdə auranın xüsusiyyətlərini sübuta yetirmək çox çətin idi. 1960-cı ildə Semen Kirilian bu anlayışı sübuta yetirmək üçün maraqlı təcrübə apardı. Təcrübə tarixdə "Kirilian efekti” adı ilə tanınır. İki otağa fərqli bitkilər qoyulur. Bitkilərin biri solmuş, digəri isə yamyaşıl idi. Təcrübə göstərib ki, xəstə bitki yerləşən otağın biosahəsi çox zəif, canlı bitki qoyulan otaqda isə əksinə çox güclü idi. Kirilian sübut etdi ki, həqiqətən bu faktor hətta toxumların yetişməsinə də öz təsiri göstərir. Enerji qabığı və ya sadəcə aura canlılarda baş verən biokimyəvi proseslərə öz təsirini göstərir. O baş verən hadisələr belə münasibəti formalaşdırır. Qıcıq və ya sakitlik yaradır. İnsan şüuru bu prosesin nəinki qarşısını almaq iqtidarında deyil, hətta onlara təsir də edə bilmir.
Məsələyə Fizika elminin aspektindən baxsaq, bədnəzər və cadu yoxdur. "Qurbanın” dalğalar və güc sahəsi vasitəsilə tədricən zəifləyib, məhv olmaq nəzəriyyəsi mövcuddur. Bu elmə görə, insan nə qədər qəddar və zalımdırsa onun aurası artıq neqativdir, odur ki, cadu ilə məhv etmək heç də çətin deyil.
Psixonevroloq rəyi
Psixoterapevt Dmitri Klevtsov hesab edir ki, bədnəzər və cadu insan orqanizmində baş verən ad qoya bilmədiyi nigarançılıq və gücsüzlük sindromuna gətirilən bəsit bəhanədir.
Daxili nigarançılıq qarşısı alınmayan zaman fobiyaya çevrilir. Fobiya ilə yaşayan insan isə ekstrasensə, falçıya, cadugərə getməyə daha çox meyil edir. Bu halda olan insan üzərindəki cadunu təmizləmək üçün ən son qəpiyindən də keçməyə hazırdır.
Ənənəvi üsullarla müalicə və diaqnostika mərkəzinin direktoru Aleksey Karpeyevin fikirincə, bədnəzər və cadunun konkret diaqnozu hələ təyin olunmayıb və hazırda bu sahədə elmi araşdırmalar aparılır. Çox güman ki, araşdırma sona çatandan sonra bu mövzuda qaranlıq qalan bütün məqamlar gün üzünə çıxacaq.
 
Aktual.az
Xəbər 1099 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR