Cabir İmanov vəfat etdi

Cabir İmanov vəfat etdi

Əməkdar artist Cabir İmanov vəfat edib.
Aktual.az  xəbər verir ki, o bu gün infarkt keçirərək dünyasını dəyişib.
Xatırladaq ki, Cabir İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. O, 1992–2001-ci illərdə "Parni iz Baku" KVN komandasının üzvü olub, 1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN Yay Kubokunun sahibi və 2000-ci ildə KVN "Əsrin Çempionu" olub.
2001-ci ildən "Planet Parni iz Baku" KVN Teatrının aktyoru idi.
14 sentyabr 2015-ci il tarixdə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb. 16 oktyabr 2021-ci il tarixdə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Tərəqqi” medalı ilə təltif olunub.
Qeyd edək ki, Cabir İmanovun ölümü ilə bağlı ilk xəbəri "Qafqazinfo" verib.
Xəbər 59 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR