Bakı bulvarında növbəti dəfə intihara cəhd olub.
Aktual.az-ın Lent.az-a istinadən məlumatına görə, dünən saat 16:30 radələrində 1981-cu il təvəllüdlü Məmmədov Mais Knyaz oğlu özünü dənizə atmaqla intihar etməyə cəhd edib.
Dənizkənarı Milli Parkın ərazisindəki şəxslərin köməkliyi ilə intihara cəhdin qarşısı alınıb.
Mais Məmmədov polisdə izahat verib. O bildirib ki, maddi-sosial problemləri ilə bağlı özünü öldürmək istəyir. Məlum olub ki, 34 yaşlı bu şəxsin 3 övladı olmasına baxmayaraq həyat yoldaşı ilə rəsmi nikahı yoxdur. Bununla əlaqədar sosial yardım ala bilmir.