Üç kəndlə əlaqə kəsildi: Sakinlər köməksiz qalıb

Üç kəndlə əlaqə kəsildi: Sakinlər köməksiz qalıb

Hazırda İsmayıllının Əhənd, Qoydan, Dvoryan kəndlərinin rayon mərkəzi ilə əlaqəsi tamamilə kəsilib.
Aktual.az  xəbər verir ki, bunu Oxu.az-a İsmayıllı Rayon İcra Hakimiyyətinin Əhənd kənd inzibati ərazi dairə üzrə nümayəndəsi Vüqar Bəşirov deyib.
O qeyd edib ki, hazırda Qoydan kəndinə giriş-çıxış mümkün deyil.
"Yağan güclü yağışlar nəticəsində kəndi lil basıb. Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Gəlib əraziyə baxıb akt tərtib ediblər. Nazirlər Kabinetinə məlumat verilib.
Sakinlər kənddən çıxa bilmirlər, çünki kəndə gedən yolları sel aparıb. Girdimanın qolu olan Siyəri çayı daşdığı üçün ətrafı lil basıb. Bundan əlavə, torpaq sürüşməsi olduğu üçün bütün yollar bağlanıb. Hazırda rayon mərkəzi ilə əlaqəmiz kəsilib. Kəndə texnika gələ bilmir. Lahıc yolu düzəlməlidir ki, kəndə texnika gələ bilsin. İşığı bərpa etməyə çalışırlar, hələ də fazanın birində işıq yoxdur.
Hazırda yağışlı hava şəraiti davam etməkdədir"- deyə V.Bəşirov bildirib.
Xəbər 132 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR