ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının alınması Mərkəzi Birləşmiş Ştatlarda Zika virusuna 3 yeni yoluxma halı ilə bağlı təhqiqat aparıldığını bildirib.
Aktual.az-ın Report-a istinadən verdiyi xəbərə əsasən, qərargahı Atlantada yerləşən Mərkəzin yayımladığı bəyanatda Zika virusuna yoluxma hallarının hansı şəhərlərdə qeydə alındığı açıqlanmır. Bununla belə, bildirilir ki, virusa yoluxmuş qadınların hamilə olduğu deyilir.
Qrup Zika virusunun anadan olan uşaqlarda anormallıqlara səbəb olub-olmadığını araşdırır.