Üç ərəb ölkəsi Suriya savaşından çıxır

Üç ərəb ölkəsi Suriya savaşından çıxır
  • DÜNYA

ABŞ-ın yaratdığı koalisiyaya daxil olan ərəb ölkələri Suriyada İŞİD-in mövqelərinə aviazərbələr endirməyi azaldıblar.

Aktual.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı “Nyu York Tayms” qəzeti yayıb. Qəzet Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin öz təyyarələrinin böyük bir qismini Yəmənə İranın dəstəklədiyi husiləri məğlub etmək üçün göndərdiyini bildirib. İordaniya da artıq öz təyyarələrinin Yəmənə göndərilməsi haqqında qərar verib. Hər üç ölkə sonuncu dəfə İŞİD mövqelərinə sentyabr ayında aviazərbələr endirib.


Aktual.az

Xəbər 492 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR