Azərbaycanın üç gənc cüdoçusu Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.
Aktual.az xəbər verir ki, bunlar Nizami İmranov (60 kq), Könül Əliyeva (52 kq) və Fidan Əlizadədir (57 kq).
Fidan Mirzəyeva (48 kq), Xədicə Qədəşova (52 kq) və Fidan Qasımova (57 kq) yarışı medalsız başa vurublar.
Qeyd edək ki, Avropa çempionatı sentyabrın 8-də başa çatacaq.
Xəbər 260 dəfə oxunub.