AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev vəfat edib.
Bu barədə "Report”a onun oğlu Yusif Hacıyev məlumat verib.
Qeyd edək ki, B.Hacıyev bu il fevralın 8-də infarkt keçirib. Onun ürəyinə Mərkəzi Klinik Xəstəxanada iki stend qoyulmuşdu.
Xatırladaq ki, 20 aprel 1959-cu ildə Naxçıvanda anadan olan Böyükağa Hacıyev 2006-cı ildə "Bakı" klubuna Azərbaycan çempionluğu, 2012-2013 və 2013-2014 mövsümlərində "Neftçi"yə Azərbaycan çempionluğu və ölkə kubokunu qazandırıb. Bundan başqa, Hacıyev tarixdə ilk dəfə "Neftçi"ni 2012-2013 mövsümündə Avropa Liqasının qrup mərhələsinə çıxarıb.
Allah rəhmət eləsin!
Xəbər 552 dəfə oxunub.